24 Noyabr 2020 12:55

Azərbaycan Ordusu İrəvanın bir neçə 10 kilometrliyinə yaxınlaşdı – MAY ƏMƏLİYYATI

Azərbaycan Ordusu Günnüt kəndi və 11 min hektar ərazini düşmən işğalından azad etməklə İrəvanın bir neçə 10 kilometrliyinə qədər yaxınlaşdı.

Rəsmi məlumatda deyilir ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, rusiyalı ekspert Mixail Belyayev ordumuzun bu əməliyyatla İrəvana daha da yaxınlaşdığını deyib.

Prezident İlham Əliyevin “İrəvan Azərbaycan torpağıdır və biz tarixi torpaqlarımızı bərpa edəcəyik” mesajı fonunda Ordumuzun Naxçıvan istiqamətində tarixi İrəvan torpaqlarına doğru irəliləməsi diqqət çəkir.

Belyayev yazır: “Azərbaycan Ordusu may əməliyyatında itkisiz olaraq İrəvandan bir neçə on kilometr məsafədəki ərazilərə praktiki olaraq nəzarəti ələ keçirdi. Paşinyanın tərəfdarları düşünməlidir: Ermənistanın hökumətinin başçısı Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakı tezisini irəli sürür, Azərbaycan isə əraziləri geri qaytarır”.

Paylaş: