2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edib.
“Marja”nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 İyun 2018-ci il tarixində uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib (aşağı həddi 8%, yuxarı həddi 12%).
Beləliklə, Mərkəzi Bank 2018-ci ildə 3-cü dəfə faiz endirdi.
Mərkəzi Bankın İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.Mərkəzi Bankın İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən isə uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi.
Mərkəzi Bankın faiz qərarından sonra Sədr Elman Rüstəmov keçirdiyi mətbuat konfransında açıqlamalar verir.
Elman Rüstəmovun çıxışından əsas başlıqlar:
-İnflyasiya daha da aşağı düşüb.
– İqtisadi aktivlik davam edir,
-Ölkənin valytuta ehtiyatları artıb,
-İqtisadi artımın yüksəlməsi inflyasiyanın yüksəlməsinə təsir etmir,
-Dövlət investisiyaları iqtisadi artım tempinə dəstək verir,
-Növbəti dəfə faiz dəhlizinin parametrləri Avqust ayında müzakirə ediləcəkdir,
Xəbər yenilənəcək….
/Cebhe.info/