26 Fevral 2021 08:04

Artıq heç kəsi izləmək mümkün olmayacaq – Yeni texnologiya

Hollandiyanın “Delft” texniki universitetinin alimləri yeni super təhlükəsiz internet üzərində işləyirlər.

Turkustan.info Ölkə.az-a istinadən xəbər verir ki, yeni sistem kvant dövrü hesabına olacaq.

Alimlər bildirirlər ki, kvant interneti rabitəni tamamilə təhlükəsiz edəcək. İki nəfər arasında danışıqlar və yazışmalar icazəsiz formada dinlənilməyəcək, izlənməyəcək. Eyni zamanda internet parolunu qırmaq mümkünsüz olacaq.

Eyni zamanda bildirilir ki, yeni texnologiya ilə internetin sürəti daha da artacaq.

Paylaş: