15 Avqust 2020 02:52

Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Artıq məscidlərdə bayram namazı qılınıb.  Bu il mayın 17-dən  başlayan Ramazan  ayı başa çatır.

Adətən bayram vaxtı  bazarlara üz tutanların sayında artım olur. Hamı istəyir ki, bayramda süfrəsini daha zəngin etsin. Əlbəttə ki, maddi imkan yol verdiyi həddə qədər.

Bəs bazarlarda qiymətlər ciblərə uyğundurmu?

Turkustan.info bildirir ki, Modern.az saytının əməkdaşları  qiymətləri əyani görmək və göstərmək üçün “Yaşıl bazar”da olub.

Bazarda olan satıcılar alıcı qıtlığından şikayətləndilər. Açığı, ümumi mənzərə də bundan xəbər verirdi. Satıcı çox, alıcı yox…

Damara baxarlar, qan alarlar…

Hər nə qədər sonradan inkar etsələr də, əksər satıcılar məhz bu atalar sözünü iş prinsipi elan edib desək, yanılmarıq. Məsələn, satıcı Elçin “Bazar işi belədir. Adama baxıb ona uyğun qiymət müəyyən edirik. Tutaq ki, elə adama eyni məhsulu 1 manata, eləsinə 4 manata, eləsinə də 6 manata satırıq” deməklə, bunu təsdiq etdi. Düzdür, hamının prinsipi  oxşar deyildi. Bəzi satıcıların  bir müştəri görəndə belə  gözləri parıldayırdı. Təki bazar olsun….

Meyvə satıcısı Murad deyir ki, alıcılar bazara ən çox səhər saatlarında gəlirlər: “Təqribi saat 12-1 arasında bir az da olsa, müştərilərimiz olur. Amma bazarda vəziyyət qənaətbəxş deyil. Hazırda durğunluq dövrü yaşayırıq. Ümid edirik ki, bayram olduğu üçün müştərilərimizin də sayı artar”.

Maraqlıdır ki, bazarın girişi ilə sonu arasındakı məhsulların qiymətlərin ciddi uçurum var idi. Satıcı  Elçin İsmayılovun sözlərinə görə,  bunun konkret səbəbləri var: “Yəqin giriş hissədəki qiymətləri gördünüz. Bizdən fərqli olaraq, onlar malları 2-3 qat artıq qiymətə satırlar.

Maşınla gələnlər alış-veriş rahat olsun deyə, elə onlara lazım olanları giriş hissədən alıb gedirlər. Bazarın orta hissəsinə gəlsəniz, qiymətlərin bir qədər aşağı olduğunu görəcəksiniz. Ümumiyyətlə is,  hazırda alıcılıq qabiliyyəti çox zəifdir. Baxmayaraq ki, sabah bayramdır, görürsüz, camaat yoxdu”.

 

Hamı rayona gedib…

Göy-göyərti  satan xanım da  alıcıların az olduğundan şikayətlənirdi: “Bayram olduğuna görə, hamı rayona gedib. Kimdi gəlib burdan nəsə alan?! Elə mənim məhsullarım da az satılır”.

Alıcı Nahidə Əliyeva evinə bazarlıq etmək istəsə də, qiymətlər cibinə görə deyildi:

“Bazardakı qiymətlər məni qane etmir, çox bahadır. İstədiyimiz meyvələri ala bilmirik. Ailəmiz kiçikdi, bazarlıq etmək üçün ən azı 30 manat lazım olur. Amma buna da gücümüz çatmır”.

Digər alıcı Vüqar Ağayev isə qiymətlərin normal olduğunu düşünürdü: “Burada gəzib keyfiyyətli və qiyməti münasib olan məhsulu almağa çalışırıq. Keçən ilki qiymətlərlə müqayisədə cüzi fərqlər var. Çalışırıq ki, hər meyvədən müəyyən qədər alaq. Bazara hər gələndə ortalama 30-40 manat xərcləməli oluruq”.

 

Çərəz  alış-verişi ilə məşğul olan satıcı Əfqan Musayev deyir ki, yay fəsli olduğu üçün alıcılar daha çox təzə meyvələrə üstünlük verirlər:

“Quru meyvə alan yoxdur. Yenə dənli bitkilərin öz alıcıları var. Yaz ayların girəndən bəri demək olar ki, çərəzlərə maraq da azalıb”.

Modern.az-ın əməkdaşı bazardakı malların qiymətlərini dəqiqləşdirib. Onlarla siz də tanış olun:

 

Tərəvəz

Pomidor – 80 qəpikdən başlayır

Sarı pomidor -7 manat

Xiyar – 70 qəpikdən  başlayır

Soğan – 1 manat

Qırmızı soğan-  2 manat

Badımcan – 1manatdan başlayır

Lobya – 1 manat 50 qəpik

Kələm – 50 qəpik

Kök – 1 manat

Çuğundur -1 manat

Kartof  –  30 qəpik – 1manat 50 qəpik

Turşular – 1-10 manat

Göyərti – 7 dəstəsi 1 manat

Qarğıdalı -1 ədəd 80 qəpik

Bibər – 4 manat

Meyvələr

Kakos – 2 manat

Qarpız – 1.50 manat

Yemiş – 2.50 manat

Gilas – 6 manat

Tut – 4 manat

Çiyələk – 1.5- 6 manat

Alça -1-6 manat

Alma – 4-5 manat

Şaftalı – 5 manat

Ərik -2 manatdan  başlayır

Banan – 2.50 manat

Qarağat -5-12 manat

Moruq – 8 manat

Limon – 40 qəpikdən başlayır

Alma- 50 qəpik-2.5 manat

Armud -2.50-4  manat

Kivi- 2-2.50 manat

Heyva- 1.50 -3 manat  

Ət və süd məhsulları

Quzu əti- 12 manat

Mal əti-10 manat

Kənd toyuğu – 6 manatdan başlayır

Pendir – 4 manatdan başlayır

Motal pendiri – 12 manat

Qatıq- 800 qramı 1 manat, 3 kq – 3.50 manat

Nehrə yağı – 10-12 manat

Balıqlar

Balıq kütüm – 8-9 manat

Naxçıvan sazanı – 9 manat

Kifal – 8 manat

Dondurulmuş sudak – 11 manat

Bejden -10 manatdan başlayır

Belamur – 10 manat

Farel – 10 manat

Qızıl balıq- 35 manat

Asatrin – 35 manat

Quru meyvələr və çərəz

Düyü (uzun) – 4 manat

Yumru  düyüsü-1 manat 50 qəpik

Noxud- 2 manat 60 qəpikdən başlayır 

Qaragöz lobya – 3 manat 40 qəpik

Qırmızı lobya-2 manat 70 qəpik

Ala lobya-4 manat 20 qəpik

Maş lobya – 3 manat 40 qəpik

Qırmızı mərci – 1 manat 50 qəpik

Yaşıl mərci – 1 manat 60 qəpik

Qarabaşaq – 1 manat

Qaysı- 12 manat

Meyvə quruları – 6 manat 50 qəpikdən başlayır

Qoz- ləpə 13.50 manatdan başlayır

Fındıq- ləpə- 13 manat

Badam-20 manat

Kişmiş-15 manat

Şabalıd-8manat

Badam – 21 manat

Püstə – 23 manat

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri