28 Noyabr 2020 17:48

Paşinyan Rusiya haqqında danışdı: “Hesab edirəm ki, biz razılığa gələ biləcəyik”

“Ermənistanda siyasi dəyişikliklər nəticəsində Ermənistanla Rusiyanın münasibətlərində problemlər olacağını söyləyənlər yanlış fikirdədir. Belə düşünürlərsə səhv edirlər”. 

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bunu 2018-ci il FIFA Dünya Kubokunun açılış mərasimində rusiyalı həmkarı ilə Moskvada görüşən Ermənistan Baş naziri Nikol Pasinyan deyib. O, qeyd edib ki, Ermənistanda yaşananları çox yaxşı başa düşmürlər. Bütün bunları fərqli işıqda təqdim etmək istəyən insanlar var:

“Onlar Ermənistanda hakimiyyətə gələnlərin  anti-rus qüvvələri olduğu təsəvvürü yaradırlar. Ancaq Erməni inqilabında heç bir geosiyasi və xarici siyasət konteksti yoxdur. Heç bir geosiyasi quruluş yox idi. Bu tamamilə daxili, erməni prosesi idi və bu prosesin nəticəsi olaraq, Ermənistanın xarici siyasətində heç bir təzyiq olmayacağını söyləyirik. Niyə bunu deyirik? Çünki bu inqilabı yaradan insanlar Ermənistanın xarici siyasətində heç bir problem yaşamadı. Buna görə xarici siyasət tələbləri yox idi. Biz siyasi prosesin məzmununa və  “mükəmməl inqilab”a  uyğun olaraq hərəkət etməliyik”, deyə Paşinyan vurğulayıb. 

Rusiyanın rəhbərliyi ilə münasibətlərini yaxşı xarakterizə edən Ermənistan baş naziri  bu əlaqələrin daha da inkişaf etdiriləcəyini önə çəkib: 

“Deyə bilərik ki, bizim əlaqəmiz qaranlıq məqamlar üzərində qurulmayıb.  Bu çox vacibdir. Biz hər şeyi birbaşa müzakirə edirik. Bütün suallar birbaşa verilir və birbaşa da cavablar alırıq.  Vladimir Vladimiroviç belə bir şəxsdir. Anladığım kimi, bu ünsiyyət stili onun üçün çox əlverişlidir və şübhəsiz ki, bu stil mənim üçün də əhəmiyyətlidir. Əminəm ki, münasibətlərimiz çox tez və konstruktiv inkişaf edir “, –  deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində heç bir problem yoxdur. Rusiya və Ermənistan suveren ölkələrdir: “Hesab edirəm ki, bir çox cəhətdən ölkələrimizin maraqları bir-birinə uyğundur, lakin uyğunsuzluqlar yarada biləcək bəzi nüanslar ola bilər. Əsas odur ki, bütün məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, biz razılığa gələ biləcəyik”.  /Cebhe.info/

Paylaş: