C. Noy 22nd, 2019

Rusiya Azərbaycan-Ermənistan əlaqələrini inkişaf etdirmək istəyir

Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır.

Turkustan.info-nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib:

“Əlbəttə, əlverişli atmosferin yaradılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini irəliyə aparır və bu problemin həlli üçün əsas zəmin sayılır”.

Zaxarova həmçinin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir. 

“Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Həmçinin Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir”, – o qeyd edib.

M.Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünü şərh edərkən bildirib ki, bu məsələylə bağlı iki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.   /Modern.az/

Paylaş: