29 Noyabr 2020 13:50

Düşmən Qarabağda təxribatlara hazırlaşır – Təlim keçirildi

Dünən işğal altında olan Qarabağ ərazisindəki erməni hərbi birləşmələrindən birinin (motoatıcı diviziya) komandir heyətinin cəlb olunması ilə ərazidə müəyyən tədbirlər, taktiki tapşırıqların icrası, müxtəlif döyüş şəraitində yerinə yetirilməsi nəzərdə tutulan əməliyyatların dəqiqləşdirilməsi həyata keçirilib. 

Ərazidə aparılan tədbirlərə Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələrinin rəhbəri general-leytenant Levon Mnatsakanyan rəhbərlik edib. 

Keçirilən tədbirdə komandir heyəti rəqibin ehtimal olunan əməliyyatlarının tərkibindən asılı olaraq döyüş tapşırıqları barədə məruzələr ediblər.    /ednews.net/az

Paylaş: