27 Fevral 2021 22:04

Ramil Usubov polis rəisini vəzifəsindən azad etdi

İmişli rayon Polis Şöbəsinin rəisi işdən çıxıb.

Turkustan.info xəbər verir ki, polis polkovniki Ayaz Cəfərov daxili işlər naziri Ramil Usubova raport yazaraq vəzifədən azad edilməsini xahiş edib.

Raportu qəbul edən R.Usubov polis rəisinin işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Hazırda İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsini əməliyyat üzrə müavin icra edir.   /oxu.az/

Paylaş: