27 Fevral 2021 01:20

Qənirə Paşayeva Ramazanda Tovuz sakinlərini ziyarət etdi

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri gəzib və sakinləri ziyarət edib.

Turkustan.info xəbər verir ki, Qənirə Paşayeva görüşdə Ramazan bayramı günlərində seçiciləri ilə bir yerdə olmaq istədiyini bildirib və onların qayğılarını dinləyib. Bir çox xəstəni ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb.

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.
Qənirə Paşayeva sakinlərə bayram hədiyyələri də təqdim edib.

Paylaş: