Türkiyə vətəndaşları prezident seçirlər – Səsvermə başladı

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səsverməyə başlayıblar.

Turkustan.info-nun məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında keçirilir.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.Qeyd edək ki, daha öncə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral açıqlamasında Azərbaycanda 4500 Türkiyə vətəndaşının səsvermə hüququna malik olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.   /az.trend.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al