Yaponiyada zəlzələ: Ölənlər var

Yaponiya hökuməti zəlzələ nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

Turkustan.info xəbər verir ki, bu haqda NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Takasuki şəhərində doqquz yaşlı şagird məktəbin hovuz zalında çökmüş divarın altında qalıb.  Osaka şəhərində isə iki nəfər həlak olub.

Yaralı sayı 50 nəfərdən çoxdur.  Ciddi dağıntılar barədə məlumat olmasa da, təbii fəlakət ölkənin aviasiya və dəmiryolu nəqliyyatını iflic edib. Ölkənin cənub-qərb bölgəsində sürət və adi qatarların hərəkəti tamamilə dayandırılıb.  /Oxu.Az/

Paylaş:

Share