“İran komandası çempion olsa, 10 baş qurban kəsəcəm” — Hacı Əbdül

“Ötən gün İran futbol komandasının İspaniyaya uduzmasından çox məyus olmuşam. İran futbolçuları rəqibdən güclü oyanyırdı, ancaq müsəlman ölkəsinə qarşı haqsızlıq etdilər”.

Turkustan.info bildirir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib. 

O, Dünya Çempionatında İran komandasına azarkeşlik etdiyini söyləyib:

“İran müsəlman dövlətidir. Çox istəyirdim ki, İran dünya çempionu olsun. Əgər İran çempion olsa, nəzir-niyaz verərəm, 10 baş qurban kəsərəm. Allaha and olsun ki, bunu edərəm. Dünənki oyuna görə də çox dilxor olmuşam. Sağ olsunlar, İran komandası çox gözəl oynayırdı, amma qalib olmağa imkan verilmədi”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al