26 Fevral 2021 07:35

Türkiyə ilk “F-35” qırıcılarını qəbul etdi

Türkiyə ilk iki beşinci nəsil “F-35” qırıcısını əldə edib.

Turkustan.info xəbər verir ki, bu haqda “Sabah” qəzeti məlumat yayıb.

Qırıcıların təhvil-təslimi üzrə rəsmi mərasim ABŞ-ın Texas ştatının Fort-Uert şəhərində keçirilib.

Mərasimin başa çatmasından sonra həmin iki qırıcı Arizona ştatında yerləşən Lük hərbi hava qüvvələri bazasına göndərilib.  Bazada türkiyəli pilotların yeni qırıcıdan istifadə qaydaları ilə bağlı geniş təlim kursu keçəcəyi bildirilir.

Ankaranın ABŞ-dan 100-dən çox “F-35” qırıcısı alacağı gözlənilir.

/oxu.az/

Paylaş: