28 Noyabr 2020 17:35

Azərbaycanlılar Ağ Evin qarşısında şou göstərdilər – Video

Azərbaycanlı musiqiçilər qrupu amerikalıları heyrətləndirməyi bacarıblar.

Turkustan.info bildirir ki, bu barədə  “Sputnik Azərbaycan” Araz Talehin Facebook səhifəsinə istinadən məlumat yayıb. 2 həftə əvvəl Taleh bir qrup musiqiçi ilə  birlikdə ADR-in 100 illik yubileyi münasibəti ilə əlaqədar ABŞ-da səfərdə olub. Yubiley konsertlərində iştirak etmək üçün yola çıxmış musiqiçilər Vaşinqtonu gəzərkən onlar Ağ Evin qarşısında  nağara və zurnada Azərbaycan melodiyaları ifa etməyə başlayıblar. Onların bu hərəkəti amerikalılar tərfindən maraqla izlənilib. Şəhər sakinləri musiqili dəqiqələri telefonla çəkərək sosial şəbəkələrdə paylaşıblar.

 

Paylaş: