Azərbaycan Ordusunun yeni texnikası Ermənistanı aciz VƏZİYYƏTƏ SALDI – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbərErmənistanda yaratdığı şok effekti davam edir. Xəbər düşmən ölkədə gündəmin əsas mövzularından birinə çevrilib.

Turkustan.info xəbər verir ki, “Panorama.am” saytının əməkdaşının sualını cavablandıran Ermənistanın Müdafiə Nazirliyini mətbuat katibi Artsrun Ovannisyanın sözlərin görə, nazirlik Bell-412 helikopterlərinin Azərbaycanın silahlanmasına daxil olması haqqında məlumatları öyrənəcək.

“Müdafiə Nazirliyi məcbur deyil ki, konkret nəyəsə təşəbbüs etsin. Biz xəbəri gördük, öyrənək, sonra baxacağıq”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl “Sputnik” agentliyinin erməni xidmətinə danışan politoloq Suren Sarkisyan bildirib ki, Amerika helikopterlərinin Azərbaycana satışı məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq araşdırmanın predmeti olmalıdır.

KİV-in yazdığına görə, iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə hərbi paradda ilk dəfə Bell-412 helikopterlərinin iki vahidi nümayiş etdiriləcək. Qeyd olunur ki, bu helikopterlər yaxın vaxtlarda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

/Publika.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al