24 Noyabr 2020 13:13

Biz niyə yadplanetliləri tapa bilmirik? — Britaniyalı alimlərdən açıqlama

İngiltərədə nəşr edilən “Proceedings of the Royal Society of London A” jurnalında maraqlı məqalə dərc edilib.

Turkustan.info xəbər verir ki, alimlər bu günə qədər niyə yadplanetliləri tapa bilmədiyimizi açıqlayıblar.

Oksford universitetinin alimi Andres Sandberq deyib:

“Həmkarlar deyirlər ki, Kainatda şüurlu həyat çox nadir hallarda yarandığı üçün yadplanetlilərin izinə rast gələ bilmirik. Bu zaman belə bir həyat varsa, çox nadir olmalıdır və özündən sonra izləri itirmək üçün çox sürətlə yoxa çıxmalıdır. Bütün bu izahlar çox qəribə və real olmayan xarakterə malikdir”.

Astronomik şanslar

50 il əvvəl amerikalı astronom Frenk Dreyk yeni düstur hazırlamışdı. Bu düstur hesabına Qalaktikamızdakı sivilizasiyaları müəyyən etmək mümkün idi. Müəyyən edilənlərlə əlaqə imkanı olmalı idi. Enriko Fermi isə Dreykin düsturu əsasında tezis hazırlayıb. Bu tezis Fermi paradosku kimi tanınır. Əgər yadplanetli sivilizasiya bu qədər çoxdursa, niyə bəşəriyyət onların heç bir izinə rast gəlmir?

Alimlər bu paradoksu bir sıra üsullarla həll etməyə çalışdılar. Bu üsullardan biri də “unikal Yer” hipotezidir. Bu üsula əsasən, şüurlu varlıqların yaranması üçün unikal şərait, yəni bizim planetin eynisi lazımdır.

Digər astronomların fikrinə görə, biz yadplanetlilərlə ona görə əlaqə qura bilmirik ki, bizim onları görə bilməməyimiz üçün bu sivilizasiyalar çox sürətlə yoxa çıxırlar və ya onlar mövcudluqlarını bəşəriyyətdən gizlədirlər.

Alimlər bu paradoksu nəzərdən keçirəndə görüblər ki, bir çoxları Qalaktikamızda və Kainatdakı sivilizasiyaların sayını hesablayanda qeyri-dəqiq ölçülərdən istifadə etdiklərinin fərqinə varmırlar. Nəticədə isə onlar elə də geniş olmayan cavab spektrı alırlar. Bu isə reallığa yaxın deyil.

Britaniyalı alimlər isə Dreykin düsturundan istifadə edərək başqa məsələləri nəzərə aldılar. Məsələn, ulduzların Qalaktikada yaranma sürəti, yerəbənzər planetlərin sayı vəs.

Bu zaman isə ortaya çıxan nəticə belə idi: Qalaktika 30% hallarda şüurlu həyatdan tamamilə yoxsuldur. Parametrlərin bəzi kombinasiyalarında isə yerdənkənar sivilizasiyaların olma ehtimalı kifayət qədər yüksəkdir.

Deməli, hələ ki, Qalaktikamızda yeganə şüurlu sivilizasiya bizik. Ola bilər ki, keçmişdə hansısa sivilizasiya olub və ya gələcəkdə olacaq.  /Ölkə.Az/

Paylaş: