24 Noyabr 2020 13:21

Muharrem İncedən daha bir kobudluq: səsvermə zamanı müxbiri acıladı – VİDEO

Türkiyədə CHP sədrliyinə namizəd olan Muharrem İnce Yalovada səs verib. Gərgin olduğu görünən İnce səs verən zaman yanında olan müxbir-repartyoru əvvəlcə acılayıb, sonra üzr istəyib.

Türkiyədə CHP sədrliyinə namizəd olan Muharrem İnce Yalovada səs verib. Gərgin olduğu görünən İnce səs verən zaman yanında olan müxbir-repartyoru əvvəlcə acılayıb, sonra üzr istəyib.

Turkustan.info türk mediasına istinadən xəbər verir ki, səsvermədən sonra müxbirlərə açıqlama verməyə çalışan İncə əlindən tutub onu dartan reportyorlardan birinə acıqlanıb: “Elə hərəkət eləmə. Uşağı tutub çəkən kimi əlimdən tutub dartırsan”.

Binadan çıxandan sonra yenidən müxbirlərin qarşısına keçən Muharrem İnce səs verən zaman kobudluq etdiyi müxbirin harda olduğunu soruşub və ondan üzr istəyib.

Sözügedən görüntüləri təqdim edirik:

/A24.az/

Paylaş: