Səslərin 80%-i sayıldı: kim liderlik edir? – NƏTİCƏLƏR+Canlı
Xəbər verdiyimiz kimi, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla 17:00-da sona çatıb.
Turkustan.info xəbər verir ki, hazırda səslər sayılır.
Ali Seçki Qurumu Türkiyə vaxtı ilə 18:45-dən (Bakı vaxtı ilə 19:45) başlayaraq, nəticələrin canlı olaraq rəsmən yayımlanacağı barədə məlumat yayıb.
***
Prezident seçkisi: Bülletenlərin 78,6 faizi sayılıb. Nəticələr belədir:
1. Rəcəb Tayyib Ərdoğan – 54,4%
2. Məhərrəm İncə – 29,8%
3. Maral Akşənər – 7,5%
4. Səlahəddin Dəmirdaş – 7,2%
5. Təməl Qaramollaoğlu – 0,9%
6. Doğu Perinçək – 0,2%
Parlament seçkisi: Sayılan bülletenlər – 75,3%:
1. AKP – 44,2%
2. MHP – 11,6%
3. CHP – 21,6%
4. HDP – 10,1%
5. İYİ Partiyası – 9,8%
6. SP – 1,4%
/Axar.az/