03 Dekabr 2020 14:17

Dövlət qurumları bu avtomobillərini satır – QİYMƏTLƏR

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri hərraca təqdim edib.

Turkustan.info xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 24 iyul tarixində açıq auksion təşkil edəcək. Hərraca ümumilikdə 4 avtomobil çıxarılıb ki, onlardan ikisi Maliyyə Nazirliyinə, biri Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına, biri isə Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir.

Maliyyə Nazirliyinin hərraca təqdim etdiyi “Şeri Eastar” markalı avtomobilinin ilkin start qiyməti 1600, “Nissan Sanni” markalı avtomobilinin ilkin start qiyməti isə 2300 manat müəyyən edilib.

Prezident yanında Ali Attestasiya Komissiyası balansındakı “Mersedes Benz E350” markalı avtomobilini 17 000, Nazirlər Kabineti Aparatının İşlər İdarəsi isə balansındakı BMV 730 markalı avtomobili 19.350 manata hərraca təqdim edib.  /Axar.az/

 

Paylaş: