26 Fevral 2021 16:23

Hacı Nuranın yanına aparılan at xəstəxananı bu hala saldı – FOTO

Bu günlərdə adı “Grant Hospital”dan dəyişdirilərək “Ege” klinika adlandırılan hospitalda müalicə alan hacı Nuranın yanına at gətirilməsi sosial mediada narazılıqla qarşılanıb. Etiraz edənlər tibb müsəssisəsinə heyvanın gətirilməsini qanunsuz əməl kimi qiymətləndirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi bu olayı pisləsə də ancaq şikayət olunacağı təqdirdə tədbir görüləcəyini bəyan edib.

Öz növbəsində isə klinika rəhbərliyi atın oraya gətirilməsində bütün sanitar qaydalarına riayyət olunduğunu bildirib. Ancaq xəstəxanada çalışan tibb işçilərindən biri Poninin xəstəxana dəhlizini zibillədiyini əks etdirən fotonu Gununsesi.info-nun elektron poçtuna göndərib.

Həmin fotonu təqdim edirik:

 

 

Paylaş: