24 Noyabr 2020 12:42

Komandir baş çavuşu güllələdi – Erməni ordusunda növbəti cinayət

İyunun 22-də güllənərək qətlə yetirilən Ermənistan ordusunun baş çavuşu, komandir müavini Avanes Melkonyanın qatilinin kimliyi məlum olub.

Turkustan.info Ermənistan KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Melkonyan bölük komandiri tərəfindən öldürülüb.

Hadisə ayın 22-də axşam saatlarında xidməti yerdə baş verib. Cinayətin görüntüləri yaxınlıqda dayanmış yük maşınının sürücüsü tərəfindən qeydə alınıb.

Avanes Melkonyanı mədəsindən vuraraq öldürən bölük komandiri həbs edilib.  /Teleqraf.com/

 

Paylaş: