27 Fevral 2021 19:46

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər – VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediya-da Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub.

Qeyd edək ki, könüllülər həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar.

Həmçinin, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalar-da yerləşdirilməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini vurğulamaq zəruridir.

Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub.

https://www.youtube.com/watch?v=FsjHwrtW2xY

Paylaş: