04 Dekabr 2020 17:56

Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib.

Turkustan.info xəbər verir ki, Azvision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.

“Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, – deyə Xasıyeva bildirib.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

Paylaş: