27 Fevral 2021 04:55

Avropada 9 ölkənin ortaq ordusu qurulur — NATO-ya rəqib?

Fransanın təşəbbüsü ilə Avropa İttifaqına üzv olan 9 ölkə böhran vəziyyətində sürətli bir formada müdaxilə imkanı verən ordu yaratmaq üçün niyyət məktubu imzalayıb.

Turkustan.info xəbər verir ki, 9 ölkənin müdafiə nazirləri Lüksemburqda toplaşıblar. Tərəflər müdafiə üzrə əməkdaşlıq üçün niyyət məktubunu imzalayıblar.

Fransanın təklifinə Almaniya, Belçika, İngiltərə, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya da qatılıb.   /Ölkə.Az/

Paylaş: