04 Dekabr 2020 15:31

Ermənistan Qarabağda 18 İTKİ VERDİ – İrəvan ŞOKDA

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb.

Turkustan.info xəbər verir ki, bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir.

Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan 2 erməni əsgəri məhv edilib. Mayda isə qeyri-döyüş şəraitində 7 erməni əsgər ölüb. Bu statistika ictimaiyyətə məlum olan rəsmi məlumatlardır. Ehtimallara görə, bir çox itkilər gizlədilir. Lakin təkcə rəsmi statistikaya görə, cari ilin 5 ayı ərzində düşmən ordusu 18 itki verib.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, həyəcanlı statistikadır.

Onun sözlərinə görə, Ermənistanda ordu ətçəkən funksiyasını yerinə yetirir: “Maraqlıdır ki, 7 itkinin qeydə alındığı may ayında Ermənistanda hakimiyyət dəyişikliyi olub. İtkilərin əksəriyyəti Qarabağda, ön cəbhədə qeydə alınıb. Qeyri-döyüş şəraitində baş verən itkilər əsasən qətl və intiharla olur. Bu günlərdə orduda general Manvel Qriqoryan tərəfindən mənimsəmə halları ortaya çıxdı. O cümlədən, generallar Mikayel Artünyan və Yuri Xaçaturovun, eləcə də digər yüksək vəzifəli hərbiçilərin də mənimsədikləri haqda məlumatlar yayılır. Lakin bunlar köhnə sistemdən qalmalardır və baş verənlər ordudakı problemlərin başa çatmadığını göstərir”.  /Publika.az/

Paylaş: