Hərbi parad BAŞLADI

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı Bakının “Azadlıq” meydanında hərbi parad başlayıb.
Turkustan.info xəbər verir ki, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.
Mərasim dövlət himninin oxunması ilə başlanıb.
Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al