Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.
Turkustan.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.
“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, – deyə Mitçell qeyd edib.
Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək. /A24.az/