“Kürd kartı” Qərbin əlindən alındı

Türkiyədə erkən  prezident və parlament seçkiləri tarixə çevrildi.

Seçkilərin yekun nəticələrinə görə, “Cümhur İttifaqı”nın (Ədalət və İnkişaf Partiyası (AKP) , Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs çoxluğu ilə ilk turda yenidən prezident seçilib.

Deputat yerləri  uğrunda aparılan seçki mübarizəsində də “Cümhur İttifaqı” 53,66% səslə qalib gəlib. Ümumilkdə 344 mandat qazanan “Cümhur İttifaqı” parlamentdə çoxluğu təmin edib. Yeni qanunvericiliyə görə, millət vəkillərinin sayı 550-dən 600-ə yüksəldilib. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) (22.74%) 146 mandat, Xalqların Demokratik Partiyası (HDP ) (11.7%) 67 mandat və İyi Partiya (İP) (10.07) 43 mandat qazana bilib.

Qeyd edək ki, PKK terror təşkilatı Türkiyədə parlament və prezident seçkiləri günündə hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verdi. PKK rəhbərliyi bu addımlarını səsvermə prosesində iştirak etmək istəyən kürd vətəndaşların sakit şəraitdə öz namizədlərinə səs verə bilmək şansı yaratmaqla izah etdilər. Amma bununla yanaşı kürdlərin seçki nəticələrindən sonra fəallaşacağına dair məlumatlar səngimək bilmir.

Belə ki, PKK-nın siyasi uzantısı olan HDP-nin parlamentdə təmsil olunması terror təşkilatının fəallaşacağı ehtimallarını artırır. HDP-nin siyasi məqsədləri üçün sözügedən terror təşkilatından maşa kimi istifadə etdiyi artıq hər kəsə məlumdur. Xüsusilə, son günlərdə Türkiyənin terror təşkilatları ilə ölkə hüdudlarından kənarda aktiv hərbi mübarizəsi fonunda seçkilərdən sonra PKK-nın fəaliyyətinin aktivləşə biləcəyi, habelə HDP-nin siyasi tribunadan terror təşkilatını çətiri altına alaçağı ehtimal edilir.

“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirib ki, ümumilikdə kürdlərin seçkidən sonra aktivləşəcəyi gözlənilmir: ”Diqqət etdinizsə, ölkənin cənub şərqində, yəni kürdlərin kompakt yaşadığı bölgələrdə PKK-nın siyasi qolu olan HDP-nin çox böyük səs itkisinə məruz qalması ortaya çıxıb. HDP-nin bilavasitə barajı keçərək parlamentə düşməsi Türkiyənin Qərbində Cümhuriyyət Xalq Partiyasına könül verən vətəndaşların bu dəfə HDP-yə səs verməsi hesabına mümkün oldu və 67 millət vəkili mandat qazandı.  Hesab edirəm ki, son dövrlərdə HDP Türkiyə toplumu içərisində nüfuzunu itirməkdə davam edir. Kürd faktoru Qərb dünyasında bütün zamanlarda Türkiyəyə qarşı bir təzyiq mexanizmi olaraq istifadə olunub. Ancaq son zamanlarda Türkiyə rəhbərliyinin qətiyyətli addımları ilə bu kart sıradan çıxmaq üzrədir”.

Politoloq qeyd edib ki, PKK terroruna qarşı mübarizə, eləcə də Qəndil əməliyyatına başlanılması göstərdi ki, artıq kürd toplumunu Türkiyə dövlətinə qarşı istifadə etmək o qədər də asan olmur:“Düşünürəm ki, artıq bu kart ən azı fəaliyyət proqramı olaraq dövriyyədən çıxmaq üzrədir.  PKK ilə mübarizədə kürdlərin yaşadığı bölgələrdə dağılmış ərazilər, rayon və şəhərlər yenidən çox ciddi şəkildə bərpa olunmaqdadır. Belə ki, yeni sənaye müəssisələri və iş yerləri açılmaqdadır ki, bu da təbii olaraq kürd toplumun ictimai rəyinə müsbət mənada təsir edir. Bu baxımdan da hesab edirəm ki, kürdlərin seçkidən sonra fəallaşması real deyil”.  /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al