06 Dekabr 2020 01:48

Azərbaycan və Ermənistan nazirləri görüşərsə… – Rusiya

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən məhsuldar nəticə gözləyirik.

Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əgər həqiqətən də bu görüş baş tutsa, effektiv nəticələr arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində duran problemlər üçün olduqca vacibdir”, – deyə XİN sözçüsü bildirib.  /Axar.az/

Paylaş: