24 Noyabr 2020 14:15

İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu

İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən Elmi Şuranın növbəti iclasında daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu. İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı, namizədlərin fikirləri dinlənildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, iqtisad elmləri doktoru Fuad Qənbərov şöbə müdiri, Eyvazov Aqil, Abasova Samirə, Sarıyev Ələsgər, Səmədova Gülnar aparıcı elmi işçi, Mənəfova Əsmər, Yadigarov Təbriz və Əsədov Rövşən elmi işçi vəzifəsinə seçildilər. 1 iddiaçı 2/3 səs toplaya bilmədiyi üçün aparıcı elmi işçi vəzifəsinə seçilmədi. Günün ikinci yarısında Elmi Şurada “İqtisadi tədqiqatlarin riyazi təminati” şöbəsi üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdikdən sonra hər bir iddiaçının elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, professor Akif Musayev şöbə müdiri, Rəvanə Davudova aparıcı elmi işçi, Simrah İsmayılova və Turac Musayev elmi işçi, Mirvari Qəzənfərli kiçik elmi işçi vəzifəsinə seçildilər.

 

Paylaş: