27 Fevral 2021 19:43

“Su – müharibə maşını” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilmiş “Su – Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus və ərəb dillərində hazırlanmış “Su- müharibə maşını” sənədli filminin təqdimatı keçirildi. 

Turkustan.info xəbər verir ki, təqdimat mərasimindən əvvəl çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxış edərək filmdə işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində, cəbhəxətti rayonlara vurulan ziyan, yaranmış ekoloji böhran və cəbhə xəttinə yaxın yaşayan insanlarımızın üzləşdiyi su probleminin əks olunfuğunu bildirdi. 

Film haqqında məlumat verən fondun direktoru qeyd etdi ki, qısametrajlı sənədli film formatında hazırlanana “Su – müharibə maşını” 17-23 tarixləri arasında Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su forumunda xarici ekspert və siyasətçilərdən ibarət auditoriyaya təqdim olunub. Daha sonra tədbir iştirakçılarının filmə baxışı keçirildi. Sonra iştirakçılar çıxış edərək filmdə toxunulan məsələlərdən danışdılar. Bu cür filmlərin çəkilməsinin Azərbaycanın haqq işində vacib amillərdən olduğunu vurğuladılar. 

Qeyd edək ki, filmdə işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqda çox ciddi statistikalar yer alıb. Təqdimatda 40 dan çox media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu cür mövzulara toxunulmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyi bir daha vurğulanıb. 

 

Paylaş: