26 Fevral 2021 16:41

Netanyahu İranla bağlı qərarını açıqladı

İran varlığımıza yönələn ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq.

Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, – deyə baş nazir bildirib.  /Axar.az /

Paylaş: