C. Sen 20th, 2019

Ərdoğan İlham Əliyevə verdiyi sözü tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə NATO zirvə sammitinə qatılacaq.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan sammitdən öncə, iyulun 10-da Şimali Kiprə gedəcək.

Türkiyə prezidentinin həmin gün Azərbaycana da səfər edəcəyi gözlənilir. Belə ki, o,  Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında, “Söz verirəm, seçkidən sonrası ilk xarici səfərimi Azərbaycana edəcəyəm”, – deyə bildirmişdi.

Xatırladaq ki, prezident İlham Əliyev də seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi.   /A24.Az/

Paylaş: