C. Sen 20th, 2019

ABŞ-dan bəyanat: Rusiyaya yox, Bakıya dəstək

Şimal Axını-2 qaz kəməri və Türk Axınının ikinci parçası Avropanın Rusiya qazından asılılığını artıracaq.

Turkustan.info xəbər verir ki, bu barədə bəyanatı ABŞ Dövlət Departamenti yayıb. Dövlət Departamenti ABŞ-ın bu qaz kəmərlərinə qarşı çıxdığını bildirib.

Bəyanatda ABŞ-ın yalnız müttəfiqlərinin enerji təhlükəsizliyini gücləndirəcək layihələri dəstəklədiyi bildirilib. Vaşinqton dəstəklədiyi layihələr sırasında Cənub Qaz Dəhlizi və Qara dənizin Rumıniya sahillərində qaz yataqlarının işlənməsini göstərib.  /Axar.az/

Paylaş: