C. Sen 20th, 2019

Səyyar klinika Gədəbəyə yollanacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının növbəti humanitar aksiyası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda olacaq. 12-13 iyul tarixlərinə Gədəbəy sakinləri müayinə ediləcək, 14 iyulda isə cərrahi əməliyyatlar aparılacaq. 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsələrindən hesab olunur.
Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib ki, burda əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Onun sözlərinə görə, Mərkəzin Səyyar Klinikası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir.
Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın 100-ə yaxın rayon və şəhərlərində 120-dən çox tibbi aksiya keçirib. Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib.

Paylaş: