C. Sen 20th, 2019

Türkiyədə təhsil almağın ən ucuz, sərfəli yolu və sirləri – MÜTLƏQ OXUYUN!

Hazırda universitetlərə qəbul dönəmidir.

Bəzi abituriyentlər Azərbaycanda təhsil almağı deyil, əcnəbi ölkələrə, xüsusilə də Türkiyə univeristetlərinə qəbul olmaq istəyirlər.

Həmçinin, Türkiyədə həyat şərtləri, diplomun daha sonra tanınıb-tanınmayacağı həm tələbələ, həm də valideynlər üçün önəmli məqamlardır. Tələbələrin suallarına Study in Turkey Türkiyədə təhsil şirkətinin xaricdə təhsil uzrə koordinatoru Əliağa Əliyev ilə cavab tapmağa çalışdıq:

Belə bir fikir var ki, Türkiyədə attestatla təhsil almağa gedən hər kəs Azərbaycanda universitetə qəbul olmayanlardı, bu nə qədər doğrudur?

  • Bu variantı da edənlər var ancaq hər kəs üçün keçərli deyil. Özəl “Bahçeşehir” universiteti heç bir imtahansız sadəcə attestatla qəbul həyata keçirir, amma orada oxumaq çox çətindir. Bizim universitetelərə qəbul imtahahından kəsilən tələbə illik təhsil haqqını ödəyib oraya qəbul ola bilər. Amma bu demək deyil ki, o həmin universiteti bitirə biləcək. “Bahçeşehir” nə qədər yüksək miqdarda təhsil haqqı alsa da, heç vaxt güzəşt etmir. YÖS imtahanı ilə qəbul olunan dövlət universitetlərində oxumaq isə daha asandır. Yəni, əsas hansısa imtahanla və ya attestatla qəbul olmaq deyil.

Türkiyədə hansı ixtisaslar üzrə təhsil almaq daha yaxşı seçimdir?

  • Tibbi oxumaq istəyənlər üçün Hacettepe və Gülhanə ən gözəl alternativlərdir və diplomları bütün dünyada tanınır. Yıldız Texnik universitetinin diplomu ilə istənilən ölkədə mühəndis kimi çalışmaq mümkündür. Türkiyədə texniki sahələrə yönələn, robotexnika, mühəndislik və ya neft-kimya üzrə təhsil alan tələbələr uduzmurlar. Məsələn, Türkiyədə mühəndisliyin qiyabisi yoxdur. Hüquq təhsilində də qiyabi təhsil almaq mümkün deyil, amma hüquq təhsilini Türkiyədə almaq çox da tövsiyə edilmir. Ancaq beynəlxalq hüquq üzrə oxumaq mümkündür, o da Avropa ölkələrində daha səmərəli olur.

Xaricdə təhsil alan tələbələrin əsas problemi və narahatlığı diplomun tanınması ilə bağlıdır. Hansı universitetlərin diplomu tanınmır?

  • Bu gün istənilən şəxs Təshil Nazirliyinə müraciət edib “Mən Kiyevdə filan universitetdə oxuyuram, diplomum tanınacaqmı?” deyə soruşsa, yəqin ki, “Xeyr” cavabı ilə qarşılaşacaq. Amma faktiki olaraq həmin ali təhsil müəssisəsini bitirib, diplomunu təsdiq etdirən insanlar var. Burada bir məsələ var ki, bir çox xaricdə təhsil şirkəti tələbələrdən pul alır, Dağıstanda, Ukraniyada oxumaq çox rahat olan universitetlərə tələbə yerləşdirir. Həmin tələbələr də, ildə bir dəfə gedirlər ora, rüşvətlə imtahanlardan keçib, gəlib diplomu tanıtmaq istəyirlər. Təhsil Nazirliyi həmin şəxsin xarici pasportuna baxırlar ki, bir dəfə universitetə qəbul olanda Ukraniyada gedib, bir də diplom olanda. Aydın məsələdir ki, bu adam oxumayıb, indi Nazirlik onun diplomunu necə tanısın? Ancaq kimsə həqiqətən gedib xarici ölkədə oxuyubsa, heç bir problem yarana bilməz. Ümumiyyətlə, Təhsil Nazirliyinin təqdim etdiyi bir siyahı yoxdur ki, hansı universitetin diplomu tanınır, hansı tanınmır. Əgər siz ixtisasınıza bələdsinizsə, müsabiyə girirsiniz, adi suallar verirlər və diplom təsdiqlənir. Əgər Nazirliyin müsahibəsindən keçməsəniz, məhkəməyə də müraciət edə bilərsiniz. Təhsil Nazirliyi öz ölkəsində qanunsuz fəaliyyət göstərməyən bütün universitetlərin diplomunu tanıya bilər. Bircə distant təhsil diplomu tanınmır. Amma bu ildən ADA universitetində distant təhsil proqramına başlanılacaq, buna görə də qanunvericiliyə dəyişiklik ediləcək. Distant təhsilin diplomu tanınmalıdır artıq. Distant təhsil üçün Türkiyədə ən çox Anadolu və Atatürk universitetləri seçilir və distantdı deyib onlara dırnaq arası baxmaq lazım deyil. Əyani, qiyabi və ya distant fərqi yoxdur, oxumayan tələbə o universitetləri bitirə bilməyəcək.

Otomatik alternatif metin yok.

Oxuya bilməyən tələbələr məzun olmaq üçün başqa yollara əl atırlar?

  • Hər il təkcə Anadolu universitetinə yüzlərlə tələbə qəbulu həyata keçiririk, ancaq onların 15-20 faizi məzun ola bilir. Bəzən göndərdiyimiz tələbələr bizə müraciət edir ki, “mən oxuya bilmirəm, tapşırmaq, hörmət etmək mümkündürmü məni keçirtsinlər imtahanlardan”. İzah edə bilmirik ki, orada tapşırmaq, müəllimə “hörmət etmək” mümkün deyil. Ya oxuyacaqsan, ya da oxuyacaqsan başqa yolu yoxdur.

Tələbələri və onların valideynlərini ən çox düşünüdürən məsələlərdən biri əcnəbi ölkədə həyat xərclədir.

  • Məsələn, İtaliyaya tələbə göndəririk, 4 il ərzində bütün xərcləri qarşılanır və illik 5500 avro da təqaüd verirlər. Bəzi tələbələr, xüsusilə qızlar bu pulla necə lazımdı dolanırlar, hələ qayıdanda özləri ilə pul da gətirirlər. Amma oğlanlar bir az bədxərcdilər (gülür). Yəni hər şey tələbənin özündən asılıdır. Belə ümumi Türkiyədə xərclərə nəzər salsaq, ən yaxşı şəraiti olan gündə iki dəfə yemək verən yataqxananın aylığı 200 avrodan başlayır. Gündəlik çıxan xərclər isə tələbədən-tələbəyə dəyişir.

Bəs iş icazəsi alıb, işləmək mümkündür?

  • Avropada tələbələr üçün 4 saat işləməyə icazə verirlər. Türkiyədə isə iş icazə almaq daha da rahatdır. Amma biz bunu heç bir tələbəyə məsləhət görmürük. Gündüz dərsə gedəcək, axşam işləyəcək artıq dərs oxumağa vaxtı qalmayacaq. Dərslərini yaxşı oxumadıqda isə imtahanlardan kəsiləcək diplomu 7 ilə alacaq. Bu da əlavə orada qalmaq və təhsil xərci deməkdir. Ya da təqaüdlə gedən tələbə dərslərini yaxşı oxumasa, təqaüdünü itirəcək. Ona görə də, yaxşı olar ki tələbə sadəcə dərs oxumağa yorsun özünü. Sadəcə bir neçə ixtisasda, məsələn Antaliyada, İzmirdə turizm fakültəsində oxuyan tələbələrə otellərdə təcrübə keçmək imkanı yaradılır. Ancaq yenə də onların dərslərinə mane olmayacaq şəkildə. Biz də bəzi otel şəbəkələri ilə əlaqələr yaratmışıq ki, turizm oxumağa gedən tələbələrə iş imkanı yaratsınlar.

Bizim universitet tələbələrinin ən ağrılı yeri elə təcrübədir. Türkiyədə universitet təcrübə keçmək üçün tələbəyə necə imkan yaradır?

  • Türkiyədə istənilən sahədə çox yaxşı təcrübə keçmək mümkündür. Universitet bunun üçün hər cür şərait yarada bilir. Valideynlər dövlət universitetlərini daha yaxşı sayır, bizə deyirlər “Uşağımı dövlət universitetinə göndər”. Amma özəl universitetlər həm təhsil, həm də tələbənin praktika keçməsi üçün daha çox təkmilləşiblər. Azərbaycan və MDB ölkələrini çıxsaq, bütün ölkələrdə özəl universitetlər reytinq siyahılarında daha yüksəkdə olurlar. Türkiyədə özəl universitetlər bir xidmət sahəsi sayılır və ən yaxşı xidməti göstərməyə çalışırlar. Özəl universitet tələbələrin ödənişi hesabına formalaşdırdığı büdcəsindən xarici bir professoru dəvət edə bilir. Həmin professor tələbələrlə görüşür, mühazirə keçir. Amma dövlət universiteti bu vəsaiti qarşılayıb, tanınmış elm adamlarını gətirə bilmir. Yaxud özəl universitetlər Türkiyənin ən yaxşı şirkətləri ilə əməkdaşlıq edir, öz tələbələrini təcrübəyə göndərirlər.

İtaliyadan danışdıq, amma bir neçə ildir ki, azərbaycanlı tələbələr İtaliya səfirliyindən viza ala bilmir. Düşünürlər ki, qəsdlə viza vermirlər.

  • Açığı kimisə qəsdlə kəsdiklərini düşünmürəm. Hər kəsə vizadan niyə kəsildiyi yazılı formada izah edilir. Heç kəsi şəxsi zəmində vizadan kəsməzlər. Bizim göndərdiyimiz heç kim vizadan kəsilməyib, təkcə keçən il bir tələbəyə viza verilmədi. Həmin tələbə ingilis dilini bilsə də, heç oxumağa həvəsi olana bənzəmirdi, oxumağa getmirdi sanki. Həmin tələbəyə viza da verilmədi. Amma geri qalan heç bir oxumağa gedən tələbənin kəsildiyini görməmişəm. Digər bir məsələ isə tələbənin hesabında olan puldur. Hər nə qədər təqaüd qazanmış olsa da, gedəndən sonra bir neçə ay öz hesabına yaşayacaq. Buna görə də, hesabında özünü dolandıra biləcək qədər pulu olmayanları da vizadan kəsə bilirlər.

Son olaraq bunu qeyd edim ki, hansı ölkədə oxumaqdan asılı olmadan tələbələr özlərini inkişaf etdirsinlər. Valideynlərə məsləhətim budur ki, uşaqlıqdan övladlarının dil öyrənməsinə ciddi yanaşsınlar, 1-2 dillə kifayətlənməsinlər. Müasir dünyada oxumuş, savadlı, dünyanın hər ölkəsində özünü təmsil edə biləcək gənclərə ehtiyacımız var.

“Study in Turkey” şirkəti sayəsində Türkiyədə yüksək səviyyədə, qanuni şəkildə, diplomu Azərbaycan daxil olmaqla dünyanın hər yerində keçərli olan universitetlərdə təhsil almaq istəyirsinizsə bu nömrə ilə  (055-555-91-19) əlaqə saxlaya və facebook səhifələrini ziyarət edə bilərsiniz.   /Minval.info/

Paylaş: