Be. Okt 21st, 2019

Goranboyda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı konfans keçirilib

“Türkiyə Universtetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi” adlı layihə çərçivəsində Goranboy şəhərində layihənin icrasını davam etdirib.

Turkustan.info-ya İctimai Birlikdən verilən məlumata görə, Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Həsənov Elşad, TUMİB-nin sədri Çingiz Bayramov, TUMİB-in üzvləri Müşfiq Əlizadə, Əfqan Vəliyev, rayon gəncləri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Goranboy şəhrində şəhidlər xiyabanını ziyaət edərək, şəhidlərin məzarlarına gül dəstələri qoyublar. 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənovsözü ilə tədbiri açaraq, qonaqları salamladıqdan sonra Goranboy rayonunun qəhramanlar diyarı olduğundanvəbu rayondan doqquz nəfərin Azərbaycanın Milli qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirib ki, şəhidlik zirvəsinə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. 

Bu bir Ulu Yoldur.Onlar məhz bu cür seçilmişlər idi vəadlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail olublar. Ç.Bayramov çıxışına davam edərək bildirib ki, 2016 – cı ilin “Aprel şəhidləri” gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrilib. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Daha sonra konfransda çıxış edən TUMİB-in üzvləri Müşfiq Əlizadə, Əfqan Vəliyev və digərləri bildirilər ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid olub.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir,deyə çıxış edən natiqlər vurğulayıblar.

Goranboyda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı konfans keçirilib

Paylaş: