Be. Okt 21st, 2019

Şad xəbər: Bu tarixlərdə temperatur düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə iyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Departamentdən bildirilib ki, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlimin norma göstəricilərinə yaxınlaşacaq.  /Axar.az/

Paylaş: