Ç. Noy 13th, 2019

Cəbrayıl haqqında ingilis dilində film istehsal edilib

“Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi icra etdiyi “Qarabağ və tarixi torpaqlarımız haqqında görüntülü məhsulların yaradılması və İKT resursları vasitəsilə dünya ictimaiyyətinə yayılmasında gənclərin rolunun artırılması – 1 mərhələ” adlı layihə çərçivəsində Azərbaycan və ingilis dilində “Cəbrayıl – virtual səyahət” 3 d qrafik təsvirli filmi istehsal edilib.

Bu film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsinin – Cəbrayıl rayonunun abidələri, küçələri, təbiəti qrafik təsvirlə işlənilib. Qrafik təsvirli film gənc nəslin Qarabağ haqqında görüntülü məlumatlanmasına kömək edəcək.

Bundan əlavə istehsal olunmuş “İrəvan gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyası da yaradılıb. Film vasitəsilə ermənilər tərəfindən bu torpaqların onlara məxsus olması haqqında yayılan yalan məlumatlar təkzib olunur. Sənədli filmin türk dilində istehsalının əhəmiyyəti 80 milyonluq türk auditoriyasına çıxış əldə edilməsi, İrəvan haqqında həqiqətlərinin çatdırılmasıdır. 
İstehsal olunmuş hər iki film ictimaiyyətə təqdim olunacaq.

Eyni zamanda, layihə çərçivəsində “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin rəsmi portalı – www. virtualkarabakh.az portalının materiallarından istifadə etməklə tələbə və gənclərlə görüşlər keçirilib, təqdimatlar edilib.

Paylaş: