Bz. Noy 17th, 2019

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək – TƏXRİBAT

Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir.

Turkustan.info xəbər verir ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır.

Ermənistan nəqliyyat naziri Aşor Akopyanın separatçı rejimin “şəhərsalma naziri” Karen Şahramanyanla görüşü zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib.

İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır.

Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib/Modern.az/

Paylaş: