Ç. Noy 13th, 2019

Xəstəlik Könül Xasıyevanın arzusunu ürəyində qoydu: “Qadınam, istəyirəm ki,..” – VİDEO

Xalq artisti Könül Xasıyeva ürəyində qalan arzularından danışaraq kövrəlib.

Turkustan.info xəbər verir ki, sənətçi arıqlamaq istədiyini, lakin xəstəliyinə görə dərmanları kəsə bilmədiyini bildirib:

“Plastik əməliyyat etdirməmişəm, amma etdirənlərə də pis baxmıram. Əgər mənim yekə burnum varsa, niyə onu kəsdirməyim? 25 il bu dodaq forması ilə yaşamışam, on il sonra da başqa dodaq formasında olum. İndi təbabət inkişaf edib. Mənim də üzümdə poralar var, istəyirəm onları götüzdürüm. Qadın həmişə gözəl görünmək istəyir. İstəyirəm arıqlayım. Dərmanları kəssəm, arıqlayaram. İndiyə qədər çörəkdən istifadə etmirəm. Köklük xəstəlikdir. Gərək gənclik fotolarımı gətirərdim, təəssüf”.

Sənətkar bu arzusunu ARB-nin “Səhər-səhər” verilişində dilə gətirib.

/Yenicag.az/

Paylaş: