Bz. Sen 15th, 2019

Musa Yaqubun səhhəti haqda son məlumat

Ötən həftə heç yaxşı deyildi. Bu gün özünü yaxşı hiss etdiyinə görə gəzintiyə çıxarmışıq.

Turkustan.info bildirir ki, bu sözləri Kult.az-a Azərbaycanın tanınmış şairi Musa Yaqubun nəvəsi Ayxan Yaqublu sevimli şairimizin son vəziyyəti barədə danışarkən deyib.

Şairin nəvəsi bildirib ki, Musa Yaqubun vəziyyəti yaxşı olduğu zamanlarda tez-tez gəzdirirlər:

“Uzaq məsafələrə özü gəzə bilmir, tez yorulur. Hava almağa biz çıxarırıq. Evdə olanda özü də ayağa qalxır, addım atır. Ancaq ayaqüstə çox dayana bilmir. Nitqi də normaldır, danışır, istəyini, fikrini bildirir”.

A.Yaqublu bildirib ki, dostları şairi tək qoymurlar:

“Evə gəlib-gedənimiz heç vaxt azalmayıb. Babamın dostları tez-tez gəlir. Demək olar hər gün hansısa dostu gəlir, tək qoymurlar”.

Qeyd edək ki, 81 yaşı 10 mayda tamam olan şair xeyli müddətdir xəstə yatır.

Paylaş: