C. Noy 22nd, 2019

QHT “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlər keçirir – FOTOLAR

“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlərin təşkili adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.

 Layihə çərçivəsində sonuncu tədbir Xaçmaz rayonunda baş tutmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi sədri Cavid Əliyev, ekspertlər Asim Vəliyev, Rəşad Nəbiyev və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra birliyin sədri tədbir iştirakçılarını təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumatlandırıb. Layihəyə cəlb olunmuş ekspertlər isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə geniş çıxış edib. Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. 

Tədbirin sonunda daha çox gəncin maariflənməsi üçün bukletlər paylanılıb.

Paylaş: