Ca. Sen 19th, 2019

Ərdoğan Hitlerin ruhunu gördü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Üçüncü reyx Adolf Hitlerin ruhu İsrail hökumət nümayəndələri arasında peyda olub. 

Turkustan.info xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb. 

Türkiyə liderinin sözlərinə görə, İsrail “ən sionist, faşist və irqçi dövlətdir”. 

Ərdoğan iyulun 19-da İsraili yəhudi milli dövləti kimi tanıyan qanun layihəsini qəbul edən ölkənin rəhbərliyini tənqid edib. Bu qanun ölkədə yaşayan xalqın 20 faizini təşkil edən ərəb azlıqların narazılığına səbəb olub. 

O əlavə edib ki, İsrail fələstinlilərə hücumlardan sonra “terror dövlətinə” çevrilib.   /oxu.az/

Paylaş: