Ca. Sen 19th, 2019

Dəhşətli intiqam: Masallı sakini Bakıya ailə rüsvayçılığını qanla yumağa gəldi

Həsənovun qulağına xəbər çatıb ki, qızı fahişəliklə məşğuldur və bu barədə onun doğma kəndinin sakinləri də bilir

Fahişəlik Bakıda atanı öz qızını qətlə yetirməyə təhrik edib. Paytaxtın Yasamal rayonunda qətl törədilib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət iyulun 23-də günorta saatlarında “20 yanvar” metrostansiyası yaxınlığında, Həsən bəy Zərdabi küçəsində baş verib. Masallı rayonunun kəndlərindən birinin sakini, 57 yaşlı Eldar Həsənov 27 yaşlı qızı Aysel Q.-ya (ad etik səbəblərdən dəyişdirilib) çoxsaylı bıçaq zərbələri endirib. Qeyd edək ki, qıza sinə və qarın nayihəsindən xəsarət yetirilib. Bir sıra yerli KİV-lər atanın qızın başını kəsdiyi barədə məlumat yaymışdılar. Lakin bu informasiya özünü doğrulmayıb. Qız hadisə yerindəcə ölüb. Bundan sonra ata polisə gələrək günahını etiraf edib.

 Kişinin sözlərinə görə, o, qızını pozğun davranışına görə cəzalandırmaq məqsədilə rayondan paytaxta gəlib. Həsənovun qulağına xəbər çatıb ki, qızı fahişəliklə məşğuldur və bu barədə onun doğma kəndinin sakinləri də bilir. Bu vəziyyət onun şərəf və ləyaqətinə mənfi təsir etdiyi üçün ailəsindəki bu rüsvayçılığı qanla yumaq qərarına gəlib.

Rayon prokurorluğunda faktla bağlı AR CM-nin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Məlum olduğu kimi, Azərbaycanda fahişəliklə məşğul olmağa görə cərimənin məbləği 100 manatdır. Hüquq-mühafizə orqanları hesab edir ki, bu, sözügedən mənfi məşğuliyyətin qarşısını almaq üçün effektiv mübarizə üsulu deyil.   /sputnik.az/

Paylaş: