Ca. Sen 19th, 2019

Nazirlikdən erməni müğənninin gəlişinə münasibət: “Yaradıcı heyəti təşkilatçılar müəyyənləşdirir”

“Nazirlik 2017-ci ildə mədəniyyət xadimlərinin, musiqiçilərin eyni zamanda turistlərin gəlişi baxımından o tədbirin beynəlxalq televiziya kanallarında təbliğinə və yayımına dəstək verib”.

Turkustan.info bildirir ki, bu sözləri Open.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, nazirlik digər məsələlərdə iştirak etməyib: “Həmin məsələləri, yəni festivalın proqramını, yaradıcı heyyətini təşkilatçılar özləri müəyyənləşdirir. Bu il də yenə “Jara” festivalı ilə anlaşmamız olub. Ancaq beynəlxalq televiziya kanallarında yayımlanmasına dəstək göstərəcəyik”.

Qeyd edək ki, 26-29 iyul tarixlərində start götürəcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında erməni əsilli müğənni Zara Mgoyanın da iştirakı insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta xalq artisti Flaora Kərimova da müğənninin Bakıya gəlməsinə etiraz edib.

Nazirlik erməni müğənninin Bakıya gəlməsinə münasibət bildirdi

Paylaş: