Ca. Sen 19th, 2019

Mal-qara azalır, ət istehsalı artır: ZİDDİYYƏTİN “NİYƏ”Sİ

Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma, ət istehsalında isə artım müşahidə olunub. Marja.az-ın məlumatına görə, 2018-ci il iyulun 1-inə olan məlumata görə, ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290,7 min baş inək və camış, 8 milyon 649,0 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki,  2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb.
 
Buna baxmayaraq, Komitə keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında ət istehsalının 3,1 faiz artaraq 245,2 min tona çatdığını açıqlayıb.
 
Mal-qaranın azaldığı təqdirdə ət istehsalının artması ziddiyyət təşkil etmirmi?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlaması zamanı bildirib ki,  heyvandarlığın azalması texniki əkin sahələrinin artması ilə bağlıdır: 

“Pambıqçılıq və s. əkin sahələrinin sayı çoxaldıqca, örüş yerlərinin sahələri azalır. Onsuz da bizdə örüş yerlərinin sayı az idi. 1 kvadrat kilometrə digər ölkələrlə müqayisədə ikiqat çox heyvan düşür. Buna görə də, heyvandarlıqla məşğul olmaq imkanları azalır. Bu baxımdan azalma təbiidir”.

İqtisadçı deyir ki, əkin sahələrin artırılması yeni torpaq fondunun hesabına olmalıdır: 

“Bu sahələr örüş yerlərinin hesabına artırılmalıdır. Pambıq, tütün və s. sahələri istifadə olunmayan torpaqların hesabına ayırmaq lazımdır”. 

Heyandarlığın azalmasına rəğmən qiymətlərin bahalaşmadığını deyən Elçin Bayramlı yay fəsli olduğundan ətə təlabatın az olduğunu, bu baxımdan heyvandarlığın azlmasının bazara təsir etmədiyini deyir: 

“Amma qışa doğru bahalaşma gözlənilə bilər. Çünki, təlabat artacağı təqdirdə yerli məhsulun qıtlığı yaranacaq. Xaricdən gətirilən məhsullar isə baha başa gəlir”.

Elçin Bayramlı mal-qaranın azalması ilə ət istehsalının artması arasında ziddiyyət təşkil edən məqam görmür: 

“Axı ət istehsalı həm də xaricdən gətirilən diri çəkili heyvanların kəsilməsi hesabına olur. Bunlar da istehsala aiddir”.

antalya grup yapan escort
kemer escort
antalya escort

Amma Elçin Bayramlı  yay aylarında istehsalın artması ilə bağlı məlumatlarla razılaşmır: 

“Yay aylarında ət istehlakı artmır, azalır. Bu baxımdan da istehsal da arta bilməz”.

 

Paylaş: