Ca. Sen 19th, 2019

Yeniyetmələrin intiharı niyə çoxalıb? – Şok səbəblər

Əlbətdə ki, imtahan sonrası intiharların böyük faiz günahkarı valideynlərdir. Amma valideynlər tək günahkar deyil. Birinci valideynlər gəlirsə, ikinci səbəbkar orta məktəb, üçüncü repetitor və kurslar, sonda isə mühitdir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov hər il ali məktəblərə qəbul imtahanından sonra təkrarlanan abituriyent intiharları, onların səbəbləri və çıxış yolları barədə danışarkən deyib.

K.Əsədov bildirib ki, ölkədə ənənəvi üsulla keçrilən test imtahanı bu il təkcə rekord sayda maksimum bal toplayan abituriyentlərlə deyil, eyni zamanda, intihar edən abituriyentlərin sayı ilə də yadda qaldı:

“Yaz imtahan sessiyasından sonra dörd abituriyent bu acı taleyi yaşadı. Yay imtahan sesiyasının nəticələri də xoş olmayan xəbərlərin yayılması ilə davam edir.

Vacib bir məsələni qeyd edim ki, orta statistik hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır. Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirir. Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür.

İntihar edənlərin çoxu birinci valideyinlərinin təzyiqindən, ərtaf mühitin qınağından çox qorxur. Bütün valideyinlərə üz tutub deyirəm: anlayın ki, uşaqların təhsildə uğursuzluqla üzləşməsi normaldır. Bəzi hallarda valideyinlər çox təhlükəli ifadələrdən də istifadə edirlər övladlarına qarşı: “Oxuya bilmirsən!”, “Ölsən bundan yaxşıdır” kimi kəlmələr əlbətdə ki, abituriyentləri intihara təhrik edə bilər. Valideynlər anlasın ki, ali məktəbə qəbul olmamaq həyatın sonu, ali məktəbə qəbul olmaq isə xoşbəxt olmaq demək deyil.

Həyatda uğur qazanmağın yolu təkcə ali təhsil almaq deyil”.

Ekspert abituriyentlərin intiharına repetitorlar tərəfindən valideynlərə verilən yalan vədlərin də səbəb olduğunu bildirib:

“İntiharlara repetitor və hazırlıq kurslarının yalan vədləri də səbəb olur. Belə ki, bu qruplaşmalar valideynlərə uşaqların nəticəsi ilə bağlı yalan məlumatlar verirlər. Nəticədə valideynlər ümidli olur. Sonda isə imtahan nəticələri çıxanda ortada xoşagəlməz mənzərə yaranır. Orta məktəblərdə psixoloji xidmətin də zəif təşkil olunması bu halların sayının artmasına səbəb olur”.

K.Əsədov abituriyentin intihar etməsində DİM-i günahkar hesab etmir. Onun fikrincə, abituriyentlərin çoxu aşağı bala görə intihar etsə də, bu, DİM-in günahı deyil:

“DİM imtahanların bərabər şəraitdə, əlçatımlılığının təmin olunması prinsipi ilə təşkilini həyata keçirir. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması və yüksəkl nəticə əldə etməsi üçün DİM tərəfindən bütün resurslar çap olunub və imkanlar yaradılıb”.

Ekspert valideynlərə bir sıra maraqlı məsləhətlər də verib. O bildirib ki, bu il ali məktəbə girə bilməyənlər növbəti il kolleclərdə təhsil almaqla sonradan ali məktəbə imtahansız daxil ola bilərlər:

antalya grup yapan escort
kemer escort
antalya escort

“Artıq 2019-cu ildən etibarən bu pillədə təhsilini başa vuranlar imtahansız, birbaşa ali məktəblərə qəbul ola biləcək.

Bundan başqa, əgər onlar Azərbaycanda ali məktəblərə qəbul ola bilməsələr, daha ucuz və keyfiyyətli ali təhsil üçün xarici ölkələrə üz tuta bilərlər.

Bununla yanaşı əmək bazarında daha tez iş tapmaq üçün peşə təhsilinə üz tuta bilərlər.

Ali təhsil alanların heç də hamısı işlə təmin olunmur. Bu gün ölkənin 54 ali məktəbində təhsil alan 164 min tələbənin yalnız 42 faizi işlə təmin olunur. Amma peşə təhsili alanların işlə təmin olunma faizi və gəlirləri daha yüksəkdir”.

Paylaş: