C. Sen 20th, 2019

Daha bir QHT layihəsi sona çatdı

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin reabilitasiyası və maarifləndirilməsi üçün treninqlərin keçirilməsi adlı layihəsi yekunlaşdı.

Zorakılığa məruz qalmış uşaq və gənclər üçün hüquqi və psixoloji reabilitasiya yardımı göstərilməsinə həsr olunmuş 3 aylıq layihə Göyçay rayonunun 8 kəndini əhatə etdi. Peşəkar mütəxəssislər tərəfindən psixoloji durumunun yaxşılaşdırılmasına, uşağın adaptasiya olunmasına və özünə inamın artırılmasına əsaslı dərəcədə töhvə verməklə, uşaqlara qarşı zorakılığın aradan qaldırılmasına yardım etmişdir.

 Qeyd edək ki layihə 3 ay muddətində davam etmişdir. 150 nəfər uşağa və onların ailələrinə pixoloji və sosial xidmətlər göstərilmişdir.

 

Paylaş: