C. Sen 20th, 2019

“Ermənilər Qarabağda bizim bazaların hesabına oturub” – Jrinovskidən tarixi etiraf

Rusiya Liberal Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski ermənilərin Qarabağı əllərində saxlaya bilməsinin səbəblərini açıqlayıb.

Turkustan.info Modern.az-a istinadla bildirir ki, Jrinovski “Россия 1 kanalına  ermənilərin Qarabağda Rusiyanın Yerevandakı və Gümrüdəki bazalarına görə oturduqlarını bildirib.

RLDP lideri kanalın “60 minut” verilişində ermənilərin Rusiyadan ayrılmaq niyyətlərinə şərh verərkən bu barədə danışıb.

“Yalnız bizim Ermənistandakı bazamıza görə ermənilər Qarabağda sakit və sülh şəraitində yaşayırlar” – Jirinovski bildirib.

O həmçinin aparıcının Rusiyanın milli konfliktlərə qarışması barədə sualını da cavablandırıb.

RLDP liderinin sözlərinə görə Rusiya hər zaman keçmiş Sovet məkanına daxil olmuş millətləri “qoruyacaq”.

Jirinovski həmçinin Donbas, Abxaziya və Asetiya kimi münaqişələrə də toxunaraq rus ordusunun qarşısında diz çökmək lazım olduğunu bildirib.

O, rus ordusunun bu millətləri xilas etdiyini və Rusiya imperiyası və SSRİ-yə daxil olmuş bütün millətləri qorumağa davam edəcəklərini də qeyd edib.

Paylaş: